cümə axşamı 5 mart 2026 - 19:21
Şeyx İbrahim Zəkzaki, Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibətilə bağlı başsağlığı verib

Hövzə | Cinayətkar İsrail rejiminin İrana qarşı həyata keçirdiyi amansız təcavüz nəticəsində Ayətullah Seyid Əli Xameneinin şəhadətə yetirilməsi ilə əlaqədar olaraq Şeyx İbrahim Zəkzaki başsağlığı bəyanatı yayımlayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki verdiyi mesajla Ayətullah üzma Xameneinin şəhadəti münasibətilə başsağlığı verib. Başsağlığı bəyanatının tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم

اللهم صل علی محمد و آل محمد و عجل فرجهم.

إِنَّا لِلّهِ وَإِنَّـا إِلَیْهِ رَاجِعُونَ!!

«مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُمْ مَنْ قَضَی نَحْبَهُ وَمِنْهُمْ مَنْ یَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلاً»

«وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْیَاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ»

Bağışlayan və mehriban Allahın adı ilə 

Allahın salam və rəhməti olsun Peyğəmbər (s) və onun pak Əhli-beytinin üzərinə.

Biz Allaha məxsusuq və ona tərəf qayıdacağıq.

«Möminlər arasında Allahla bağladıqları əhdə sadiq qalanlar vardır. Onlardan bəziləri əhdini yerinə yetirib (şəhadətə qovuşub), bəziləri isə hələ gözləməkdədir və onlar əsla dəyişmədilər.»

«Allah yolunda öldürülənləri ölü sanmayın. Əksinə, onlar Rəbbinin yanında diridirlər və onlara Allah tərəfindən ruzilər verilir.»

Cinayətkar Amerika və İsrail tərəfindən həyata keçirilən təxribat xarakterli hücumlar nəticəsində şəhid olan insanların ailələrinə, xüsusilə şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah rəhmət eləsin) möhtərəm ailəsinə, eləcə də mərcəyi-təqlid və bütün İslam ümmətinə qəlblərimiz dərdlə dolu bir halda başda İmam Zaman (ə.f) olmaqla dərin hüznlə başsağlığı veririk.

Günahsız insanları, eləcə də dinc sakinləri hədəf alan cinayətkar ABŞ və sionist rejimin törətdiyi təxribat bütün bəşəriyyətə qarşı törədilmiş bir təcavüzdür. Cinayətkarların bu çirkin əməli heç vaxt xalqın terrorizm, zülm və azğınlığa qarşı olan iradəsini sarsıda bilməz. Uca Allahdan diləyirik ki, şəhid Ayətullah Seyid Əli Xameneinin ruhunu şad eləsin, onu Cənnətin ən ali dərəcələrinə yüksəltsin və onu Əhli-beyt və İslam şəhidləri ilə birlikdə məhşur etsin. Allah onun ailəsinə və yaxınlarına gözəl səbir və aramlıq bəxş etsin.

یَا أَیَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ * ارْجِعِی إِلَیٰ رَبِّکِ رَاضِیَةً مَّرْضِیَّةً * فَادْخُلِی فِی عِبَادِی * وَادْخُلِی جَنَّتِی

Ey aram tapmış nəfs! Rəbbinə qayıt razı salınmış halda. Bəndələrimin arasına daxil ol və Cənnətimə gir.

Şeyx İbrahim Zəkzaki sonda dua edərək deyib: Allah bütün şəhid olan insanlara, xüsusilə şəhid Ayətullah Seyid Əli Xameneiyə (Allah rəhmət eləsin) rəhmət eləsin, həmçinin bütün yaralılara şəfa versin və bu düşmənin törətdiyi fitnələri tezliklə aradan qaldırsın.


Şeyx İbrahim Zəkzaki

12 Ramazan 1447 

2 mart 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha